Kreslo Mollee Balance 900 87х75х89
Kreslonun oturacaq hissəsi "ilan" tipli düz yay bloku istifadə edərək hazırlanır. Belə bir yay bloku olan məhsullar dayanıqlı çərçivəyə malikdir, deformasiya olmadan müntəzəm yüklərə dözür.
Parça
Velür Balance - toxunuş üçün xoş olan, qısa xovlu sıx velürdü. Parça mexaniki təsirlərə qarşı yüksək möhkəmliyə və dayanıqlığa, və, yaxşı suya davamlılıq səviyyəsinə malikdir. "Barmaq effekti" orta dərəcədə ifadə edilir. Xarici olaraq, gözə xoş gələn nəcib parıltı ilə bahalı bir toxumanın təsiri yaradılır.
Döşək
Rahatlıq və ortopedik effekt, yüksək keyfiyyətli poliuretan köpük və "ilan" yay blokunun istifadəsi ilə təmin edilir: poliuretan köpük oturuş zamanı yumşaqlığı və yükün bərabər paylanmasını təmin edir.
"İlan" yayların istifadəsi yükün bərabər paylanması səbəbindən oturuş zamanı əlavə rahatlığa nail olmağa imkan verir. "İlan" etibarlı və ucuz, zamanla sınaqdan keçirilmiş yay blokudur. Ziqzaq polad yaylar etibarlı bərkidicilərlə çərçivəyə bərkidilir, nəticədə oturacaqda bir qədər yaylı təsir yaranır. Bu cür yalarnan kreslolar yüksək çəkisi olan insanlar üçün uyğundur, çünki, deformasiya olmadan müntəzəm yüklərə tab gətirirlər, uzanmayırlar və cırıldamayırlar. Bundan əlavə, bu yaylar artan aşınma müqaviməti ilə xarakterizə olunur.
Üstünlükləri:
- Aktual müasir dizayn;
- İstirahət üçün tam rahat yer;
- Praktik və aşınmaya davamlı velür üzlük;
- Kreslo gündəlik istifadə üçün uyğundur;
- Rahat oturmaq üçün dekorativ yastıq daxildir;
- Etibarlı dayaqlar yüksək möhkəmlik ehtiyatına malikdir, döşəməyə zərər vurmayacaq, robot tozsoranla və ya əl ilə təmizləməyi asanlaşdıracaq;
- Kreslonun arxa hissəsi əsas parçadan hazırlanır.