+994(55)3555777
0 müqayisə 0 seçilmişlər

Çarpayılar üçün başlıqlar

sale
-20%
Həftənin məhsulu
Başlıq Orlando Ergo
513 AZN 641 AZN
Taksit 86 AZN
Ətraflı

Askona internet mağazasından çatdırılma ilə yüksək keyfiyyətli çarpayı başlıqları

Çarpayı başlığı ənənəvi olaraq iki funksiyanı yerinə yetirir: rahatlıq yaratmaq, eləcə də çarpayının ümumi estetik görünüşünü yaratmaq. Yumşaq başlıq və ya çarpayı başlığı eyni zamanda aşağıdakılara imkan yaradan çox məşhur müasir trenddir:

  • gözəl çarpayı görüntüsünü əldə etmək (belə ki, müasir başlığı hətta köhnə çarpayıya da quraşdırmaq mümkündür);
  • yuxu üçün (heç bir iti künclər və ya sərt taxtalar olmayan) təhlükəsiz yeri təmin etmək;
  • həqiqətən də rahat olacağınız bir yataq yeri yaratmaq.

Münasib qiymətə çarpayı başlığı almaq

Etibar edilən istehsalçıdan çarpayı üçün ayrıca başlıqlar almaq lazımdırsa, Askona şirkəti sizə ucuz, qiymətə həqiqətən yüksək keyfiyyətli məhsul təklif edəcəkdir. Möhkəm, davamlı karkas zövqünüzə uyğun olan bir neçə rəng çalarında, müxtəlif teksturalı yumşaq materialla əhatə olunur. Bu cür başlıq çirklənməyəcək, zamanla köhnəlməyəcək və ən əsası kompleks qulluq tələb etməyəcəkdir. Bir və iki nəfərlik çarpayı, beşik, uşaqlar və böyüklər üçün nəzərdə tutulan çarpayılar üçün uyğun başlıqlar seçmək mümkündür. Orta seqment qiymətində premium klass keyfiyyəti təqdim edilir.

Nə üçün məhz Askonadan çarpayı başlığı almağa dəyər?

Birbaşa istehsalçıdan olan keyfiyyətli çarpayı başlığı həqiqətən də ucuz ola bilərmi? Ola bilər, çünki məhz Askona-da:

  • material keyfiyyətinin (karkas və üzlük üçün) və dəyərin ideal balansını yaratmaq mümkün oldu, bunun sayəsində isə alıcı həm başlıq, həm də kataloqumuzdakı istənilən digər mebellər üçün münasib, əsaslandırılmış qiymət ödəyir;
  • Bakıda əlavə ödənişsiz mebel təklif etməyə imkan verən istehsal və satış şəbəkəsini yaratmaq mümkün oldu;
  • auditoriyanın zövqünü və ehtiyaclarını öyrənmək mümkün oldu ki, nəticədə onlara lazım olan mebellər üzərinə həddindən artıq qiymət qoyulmadan, ucuz qiymətə, lakin onların gözəlliyinə, rahatlığına və uzunmüddətli istifadəsinə xələl gətirmədən təklif edilir.

Çarpayı başlıqları, çarpayılar, divanlar, ortopedik yastıqlar və döşəklər Askona-nın müştərilərinə təklif etdiyi məhsulların yalnız kiçik bir hissəsidir. Yataq, qonaq və uşaq otaqları üçün nəzərdə tutulan və sizi həqiqətən sevindirəcək Askona məhsullarının qüsursuz keyfiyyəti, hər bir məhsulun uzun istifadə müddəti və istehsalçının zəmanəti həmin məhsulların ən yaxşı seçim olduğunu bir daha sübut edir. Mebel istehsalına peşəkar yanaşma və bütün məhsulların münasib qiymətləri Askona mebelini müasir istehlakçının ən yaxşı seçimi edir.

Məxfiliyiniz bizim üçün önəmlidir

Baxış təcrübənizi yaxşılaşdırmaq və sizə daha uyğun fərdiləşdirilmiş məzmun təqdim etmək üçün cookie-fayllarından istifadə edirik