Maru — həyat tərzinizə asanlıqla uyğunlaşan karkassız modullu divandır. Konfiqurasiyanı dəyişin, modulları birləşdirin və yığcam divandan bütün ailə üçün geniş istirahət zonasına qədər fərqli kompozisiyalar yaradın.
Marunun əsasını bir-biri ilə asanlıqla birləşən mərkəzi və künc modulları təşkil edir. Onlar sizə məhz ehtiyacınıza uyğun kompozisiya yaratmağa imkan verir: düz divan, künc divan, ayrı kreslolar və ya istirahət və ünsiyyət üçün rahat məkan.
Yumşaq karkassız konstruksiya rahat oturuş və xüsusi komfort hissi yaradır. Lipuçkalı etibarlı bərkidicilər isə modulları bir-birinə möhkəm şəkildə birləşdirir. Bununla yanaşı, hər bir moduldan interyerin müstəqil elementi kimi də istifadə etmək mümkündür.
Maru həyatın öz axarı ilə davam etdiyi evlər üçün nəzərdə tutulub: burada film izləyir, qonaqları qəbul edir, uşaqlarla oynayır və axşamları birlikdə keçirirlər. Bu gün dostlarla vaxt keçirmək üçün geniş divan, sabah isə ayrı-ayrı istirahət yerləri, bir az sonra isə əhvalınıza uyğun tamamilə fərqli kompozisiya.
Digər üstünlüyü isə kompakt çatdırılma formasıdır. Divan rulon şəklində qablaşdırılaraq təqdim olunur. Bu, onun daşınmasını, mənzilə qaldırılmasını və qablaşdırmadan çıxarılmasını xeyli asanlaşdırır. Qablaşdırma açıldıqdan sonra modullar tədricən əvvəlki formasını və həcmini bərpa edərək tam funksional istirahət məkanına çevrilir.
Maru sadəcə divan deyil. O, məkanınız və həyat tərzinizlə birlikdə dəyişən modullu sistemdir.