Yuxuya şüurlu yanaşma!
Askona SEAQUAL — "Ən ekoloji təmiz" kolleksiyasından döşək. Bunlar ekoloji cəhətdən təmiz qalaraq yüksək keyfiyyətə və rahatlığa üstünlük verən gənc və müasir insanlar üçün innovativ eko-həllərdir.
Bu gün tekstil texnologiyaları okean plastikini təkrar emal edərək yeni nəsil döşəklərin istehsalı üçün materiala çevirməyə imkan verir. Belə xammaldan istifadə edərək Askona dünya okeanlarının təmizlənməsinə kömək edir və ətraf mühiti qoruyur.
Biz gözəl mavi planetimizin sağlamlığı üçün məsuliyyət daşıyırıq və sizə fəxrimiz olan Askona SEAQUAL döşəyi təqdim edirik!
Askona SEAQUAL — иu, hətta yuxuda belə rahatlığa dəyər verən və planetin qayğısına qalanlar üçün təkrar emal edilmiş materiallardan hazırlanmış anatomik döşəkdir.
Tərkibində çəkisizlik hissi verən iki növ ekoloji təmiz köpük var.
SEAQUAL texnologiyası ilə eko-örtük 60% təkrar emal edilmiş plastikdir.
Askona SEAQUAL döşəyinin tərkibi:
- OmniFlex köpük - hərəkətlərə həssaslıqla reaksiya verir, istiliyi yayır, bədəndən titrəmələri udur.
- Təkrar emal edilmiş lateks
- Elastiklik üçün təkrar emal edilmiş Rebond köpüyü
- Ekoloji təmiz üzlük - toxunuş üçün tamamilə təhlükəsiz və yumşaqdır.
Askona SEAQUAL dəşəyinin üstünlükləri:
- Təkrar emal edilmiş okean plastikindən hazırlanmış üzlük
- Məqsədli dəstək üçün təkrar emal edilmiş lateks
- Turn Free texnologiyası sayəsində tərəflərin uzunmüddətli elastikliyi
- Dünya okeanlarının xilasına verdiyiniz töhfə
Uzadılmış zəmanət 25 il (qoruyucu üzlüklə birgə alındıqda).