+994(55)3555777
0 müqayisə 0 seçilmişlər
Qiymət
-dən
-dək
Ölçü
Üzlüyün rəngi
Material
Konstruksiya
Xüsusiyyətlər
sale
-63%
Həftənin məhsulu
Divan Trenton paltar qutusu ilə
1 573 AZN 4 250 AZN
Taksit 263 AZN
+ 5
Ətraflı

Kitab transformasiya mexanizmli divanlar artıq bir neçə onilliklərdir ki, insanlar arasında populyar olaraq qalır. Yatmazdan əvvəl heç bir xüsusi səy göstərmədən onları açmaq çox asandır. Bunun üçün sadəcə oturacağı qaldırıb özünə tərəf çəkmək kifayətdir.

Kitab tipli divanlar sadəcə öz aralarında mebel boltları ilə birləşən iki hissədən ibarətdir. Bütün bu konstruksiya möhkəm bir təməl üzərində sabitlənmişdir. Hətta mütəxəssislərə müraciət etmədən belə bir divanı özünüz sərbəst şəkildə yığa bilərsiniz. Bunun üçün sadəcə istehsalçı sxemini diqqətlə oxumaq kifayət edir.

Bakıda çatdırılma ilə kitab-divanlar

Askona internet mağazası kitab-divanı Bakıda çatdırılma ilə almağı təklif edir. Kataloqda aşağıdakı modellər təqdim edilmişdir: yığcam və demək olar ki, böyük; qoltuqaltılı və onsuz olan; ayaqlı və paltarlar üçün qutu ilə. Materiallar və konstruksiya haqqında lazımi məlumatlar məhsul kartında verilir.

Lazım gəldikdə, aylıq hissəli ödəniş imkanından da istifadə etmək olar. Ödəniş nağd, onlayn, bank kartından köçürmə yolu ilə, o cümlədən malların qəbulu zamanı edilir.

Aldığınız məhsulu Askona anbarından özünüz də sərbəst şəkildə götürə bilərsiniz. Bunun üçün götürəcəyiniz tarixi əvvəlcədən razılaşdırmalısınız.

Kitab-divanı necə seçmək lazımdır: nəyə diqqət edilməlidir?

Həm qonaq otağı, həm də yataq otağı üçün mebel seçərkən yadda saxlanılmalı olan bir neçə məqam var:

  1. Kitab-divan alarkən əvvəlcədən onun açılıb-yığılmasının asan olub-olmadığını yoxlamaq lazımdır. Askona mebellərində bununla bağlı heç bir problem yoxdur.
  2. Oturacaqlar yumşaq olmalıdır. Habelə, yatarkən yatdığınız yer çökməməlidir. Eləcə də oturacağın dərinliyinə və arxalığın hündürlüyünə də diqqət yetirmək lazımdır.
  3. Çərçivəsi ideal olar ki, bərk ağacdan hazırlansın. Alternativ variant isə DSP və ya MDF-dir. Başqa bir məqbul variant alüminium və ya paslanmayan polad çərçivədir, lakin bu zaman konstruksiya daha iri olur.
  4. Ən yaxşı qatlanan kitab-divan hər biri ayrı-ayrılıqda çantalara "qablaşdırılan" müstəqil yaylı bloklardan hazırlanmış döşəkli divandır. Yuxu zamanı insan bədəninin çəkisi belə yaylı bloklar arasında bərabər şəkildə paylanır. Onurğa eyni bir vəziyyətdə qalır və əyilmir. Yaxşı olar ki, yayların diametri minimal olsun.
  5. Üzlük seçərkən hər kəs öz zövqünə uyğun hərəkət edir, lakin bu zaman onun praktikliyi barədə də unutmaq olmaz. Mənzildə (evdə) kiçik uşaqlar və ya heyvanlar yaşayırsa, bu xüsusilə vacibdir. Praktikliyi sevirsinizsə, velür, qobelen və jakkard parçaları almağınız daha məsləhətlidir. Asan təmizlənməsinə üstünlük verirsinizsə, o zaman məşhur flok materialını seçməlisiniz.

Askonadan kitab mexanizmli divanların üstünlükləri

  • Etibarlılıqla vəhdət təşkil edən istifadə rahatlığı.
  • Həm komponentlərin, həm də ümumilikdə məhsulların əla keyfiyyəti ilə birgə sərfəli qiymətləri.
  • Hətta kiçik bir otaqda belə rahat bir yataq yeri əldə etmək imkanı. Satışda 1-2 nəfər üçün nəzərdə tutulmuş modellər də təqdim edilmişdir.
  • Mövcud modellərin müxtəlifliyi: rəng, ölçü, əlavə komponentlər baxımından. Paltar qutuları, qoltuqaltılarda rəfləri olan interyer əşyasını ala bilərsiniz.
Məxfiliyiniz bizim üçün önəmlidir

Baxış təcrübənizi yaxşılaşdırmaq və sizə daha uyğun fərdiləşdirilmiş məzmun təqdim etmək üçün cookie-fayllarından istifadə edirik