Ricky/Rikki uşaq mebel dəsti klassik üslubda hazırlanıb və həm qız, həm də oğlan yataq otağı üçün mükəmməl uyğunlaşacaq. Bir az dinamiklik əlavə etmək qərarına gəldik və yataq otağının ağ fasadlarını çap və latun rəngli tutacaqlarla bəzədik. Yataq otağının bütün əşyaları laboratoriyamızda sınaqdan keçirilmişdir.
Yataq otağı dəstinə daxildir:
- Çarpayı
- Təhlükəsizlik bortu
- Çarpayıyanı tumba
- Komod
- Dolab
- Stellaj
- Yazı masası
Hər kəs öz övladı üçün mükəmməl mebel dəstini seçə biləcək.
Ricky əlavə saxlama yeri olan rahat çarpayıdır. Hündür başlıqlar uşağı sərin divarlardan təcrid edəcək və hamar xətlər yaralanmanın qarşısını alacaq. Yatağın bazasında 2 ədəd MDF listi var ki, bu da strukturu daha da möhkəm və etibarlı edir. Əlavə saxlama yeri iki dərin açılan siyirtmə ilə təmin ediləcək, onların ön tərəfləri çap və latun rəngli tutacaqlarla bəzədilmişdir. Zəruri hallarda çarpayıya təhlükəsizlik bortu əlavə oluna bilər.
Bilmək vacibdir:
- Yataq yerinin ölçüsü – 200*90 sm
- Tövsiyyə olunan döşək hündürlüyü – 18 sm-dək
- Əsas – 2 tam MDF listi
- Siyirtmələr (dəstə daxildir)
- Furnitura - 2 tutacaq, latun
- Yeşiyin ölçüləri - 94*86*25 sm