Təbii materiallardan hazırlanmış iki tərəfi müxtəlif sərtlikdə olan və müstəqil yay bloklu Princess döşəyi 5 yaşdan yuxarı uşaqların onurğa sütununun harmonik inkişafı üçün idealdır.
Döşəyin əsasında:
- müstəqil kiçik yaylar bloku "Minipocket" - uşağın böyüyən onurğa sütununu zərif şəkildə dəstəkləyəcək, əzələ gərginliyini aradan qaldıracaq və körpənizin tez yuxuya getməsinə kömək edəcək;
- iki tərəfli səth - döşəyin sərtliyini müstəqil seçməyə imkan verəcək;
- təbii kaktusdan (sizal) hazırlanmış 2 sm qalınlığında sərt tərəfi, bədənin konturlarını tam olaraq təkrarlayır, uşağın onurğa sütununa həssas dəstək verir;
- kaktus (sizal) və təbii kətan əsasında yarı sərt tərəf, elastik və qüsursuz yataq yeri yaradır;
- sırınmış yüksək keyfiyyətli trikotaj parça - optimal hava mübadiləsini dəstəkləyəcək, istifadə zamanı rahatlığı artıracaqdır.
Üstünlükləri:
- sağlamlıq üçün təhlükəsiz materiallardan hazırlanıb, allergik reaksiyalara səbəb olmur;
- xüsusilə kiçik şahzadələr üçün eksklüziv dizayn - döşəyin çəhrsyı kənarları;
- döşəyin yan tərəfində (burletində) fərdi yazı sifariş etmək imkanı - uşağın adı, onun mehriban ləqəbi və ya ailə dairəsində əhəmiyyətli olan bəzi söz və ya ifadə (qiymətə +10%);
- döşəyin hündürlüyü - 14 sm;
- döşəyə maksimum yük - 60 kq (180*80 sm-ə qədər ölçülər üçün), 90 kq (180*80 sm-dən yuxarı ölçülər üçün);
- zəmanət 18 ay;
- 3 il genişləndirilmiş zəmanət (qoruyucu üzlük ilə birlikdə alındıqda).
Müstəqil yaylar bloku ilə döşək Princess: kiçik şahzadəniz sanki bulud üzərində olduğu kimi şirin yatacaq!