Yaylı döşəklər
Uyğun döşək olmadan keyfiyyətli gecə yuxusu üçün şərait yaratmaq mümkün deyil. O, yükü bərabər şəkildə paylayır və yeni məhsuldar gündən əvvəl yaxşı istirahət edib bərpa olunmağa kömək edir.
Yataq otağını və uşaq otağını qurarkən, yaxud da qonaqların istirahəti üçün məkan təşkil etməyi planlaşdırarkən, etibarlı istehsalçılardan (məsələn, Askona-dan) yüksək keyfiyyətli döşəklər seçmək olduqca vacibdir.
Bakıda yaylı döşək almaq
Döşəklər arasında yaylı məhsullar çox məşhurdur. Belə döşəklərin iki növü var:
- asılı blok ilə. Basıldıqda, hamak effekti yaranır. Belə döşəklər çəki fərqi olan cütlüklər üçün çox da rahat deyil;
- müstəqil yaylar ilə. Daha müasir və praktik həll yolu. Hər bir yay ayrıca çexolda yerləşir. Bu cür konstruksiya formanı saxlamağa və həmçinin yatan insanın bədəninin xüsusiyyətlərinə uyğunlaşmağa imkan verir.
Askona şirkətində müxtəlif ölçülü və sərtlik dərəcəli yaylı döşəklər təqdim edilir.
Doldurucu ilə bağlı qərar vermək
Yaylı döşəklərin istehsalında müxtəlif növ dolduruculardan istifadə olunur. Yataq yerinin sərtliyini məhz onlar müəyyənləşdirir və uzunömürlülüyünə xidmət edir:
- sərt döşəklərdə sisal, koks barası və köpükdən istifadə olunur;
- yumşaq döşəklərdə lateks, holofayber və köpükdən istifadə olunur;
- orta sərtlikdə olan döşəklərin istehsalında müəyyən nisbətdə müxtəlif növ dolduruculardan istifadə olunur.
Bəzi modellər fərdi xüsusiyyətlərə malikdir:
- sərinlədici təsiri isti iqlimdə yaşayan və tərləmə ilə bağlı çətinliklər yaşayan insanlar yüksək qiymətləndiriləcəkdir;
- havakeçirmə sisteminin olması səthdə və doldurucuda mikroorqanizmlərin və parazitlərin inkişafına mane olan antibakterial təsiri təmin edir.
Yaylı döşək istəyirsinizsə, Askonanı seçin
Askona kataloqunda Bakıda və Azərbaycanın digər bölgələrində uyğun yaylı döşəyi seçə bilərsiniz. Daim genişlənən məhsul çeşidi, keyfiyyət standartlarına uyğunluq, rahat ödəniş üsulunu seçmək və sifarişlərin çatdırılması imkanları döşəyin alışını maksimal dərəcədə rahat edir.
Göstərilən nömrəyə zəng etməklə və ya internet səhifəsindəki formanı doldurmaqla ekspertlə əlaqə saxlaya və ya Bakıda döşək ala bilərsiniz.