Yastıq tamamilə Sizin rahatlıq səviyyənizə uyğunlaşır, yumşaq və elastik aerobambukdan olan dolğu isə yastığı super komfortlu edir.
Qoruyucu yastıq üzü:
- Tencel səthi (təbii evkalipt lifi) – yumşaq və ipək kimi, hipoallergik, antibakterialdır.
- Membranın unikal möcüzəsi Miracle Membrane istiliyi paylayır, toz gənələrindən və heteropteralardan qoruyur, havanı mükəmməl şəkildə keçirir
- Su keçirmir
- Yeni patentləşdirilmiş texnologiya – nəfəs alan A-vent klapan əlavə rahatlıq üçündür
YASTIQ
Sizin rahatlıq səviyyənizə tam uyğunlaşır.
Bu yastıq, dolğunun miqdarını tənzimləməyə imkan verən unikal zəncirbəndə malikdir
Dolğunun bir hissəsini götürməklə, yastığın hündürlük və sərtlik səviyyəsinin balansını fərdi seçimlərə uyğun olaraq düzgün tənzimləyə bilərsiniz.
QORUYUCU YASTIQ ÜZÜ
Təbii gigiyena
Tencel ®(TENSEL) bakterisid xüsusiyyətlərə malikdir, yastıq içərisində toz və xoşagəlməz qoxuların yaranmasına mane olur. Evkalipt liflərində olan efir yağları yuxu zamanı buxarlanır və bütövlükdə dəriyə və bədənə sağaldıcı təsir göstərir.
Xüsusi hamarlıq
İnsan dərisi qoruyucu qabıq rolunu oynayır, bədən istiliyini tənzimləyir və su balansını saxlayır. Nanotexnologiya Tencel ® (TENSEL) əlavə bir qabıq kimi işləyərək dərinin bu funksiyalarını asanlaşdırır.
Yun, pambıq və Tencel ® (TENSEL) liflərinin səthlərinin elektron mikroskopun köməyi ilə çəkilən şəkillərinin müqayisəsi fərqi çox aydın edir. Tencel ® (TENSEL) lifi yun və pambıqdan fərqli olaraq daha hamar kontura və elastik səthə malikdir. Yun balıq pulcuqlu səthə, pambığın səthi isə nizamsız və kobud struktura malikdir.