Yastıq Storm 0.0 51x66
Yumşaq və elastik yastıq Storm 0.0 – qarın üstə yatmağı sevənlər və ya kövrək bədən quruluşuna malik insanlar üçün əsl tapıntıdır. Düşünülmüş konstruksiya və istehsalda istifadə olunan innovativ materiallar sayəsində yastıq sanki Sizinlə döşək arasında "sürüşür". Bu cür effekt faktiki olaraq, üzün və boyunun həssas dərisinə olan təzyiqi aradan qaldırır.
Yastığın materialı xüsusi Ver-Tex® texnologiyası ilə yerinə yetirilmişdir: o bədəndən artıq istiliyi çıxarır və bütün gecə boyu sərin qalır, beləliklə yuxu üçün ən rahat temperatur yaradır.
Unikal React® texnologiyası ilə istehsal olunan material baş və boyunun anatomik konturlarını təkrarlayaraq, yastıqdan gələnəks təzyiqini aradan qaldırır.
Bilmək vacibdir:
Xarici üzlük – çıxarıla biləndir, zəncirbəndlidir, yumaq olar.
Üstünlükləri
Hava mübadiləsi. Materialın 3D strukturu intensiv hava mübadiləsini dəstəkləməyi sayəsində artıq istiliyin udulması baş verir və temperatur daim komfortlu səviyyədə saxlanılır. Air-X allergenlərin, tozun və kəpəyin yastığın içərisinə düşməsinin qarşısını almaq üçün materialın havalandırmasını artırır.Baş və boyunun adaptiv dəstəyi. Yuxuda çəkisizlik hissi. Köpük asanlıqla yuxu zamanı olan hərəkətə uyğunlaşır. "Yaddaş formalı" köpük ilə polyester lifinin qarışığı yuxu zamanı başın düzgün dəstəyini təmin edir, yastığın əks təzyiqi aradan qaldırır. Material tamamilə uyğunlaşır və yastığı daim düzəltməyinizə gərək qalmayacaq.
Daimi sərinlətmə təsiri. İstilik təbii şəkildə udulur və sərinlik bütün gecə boyunca saxlanılır.
Ver-Tex texnologiyası dərinin sürətli bərpasına kömək edir və onun regenerasiyasını sürətləndirir.
Storm 0.0 anatomik yastığını həm onlayn mağaza vasitəsilə, həm də birbaşa şəhərinizin brend ticarət nöqtələrində əldə edə bilərsiniz.
Tərkibi
Ölçü: 51x66x10 smDolğusu: 65% PE, 35% yaddaş formalı köpük
Xarici üzlük: 55% PE, 45% Polietilen
Daxili üzlük: 92% PE, 8% Spandex